NodMenu
Masadan sifariş sistemi
Müştəri masadakı stendə telefonunu toxundurur və ya QR kodu oxudur, menyunu açır, sifarişi özü verir. Sifariş masa nömrəsi ilə kassa proqramına düşür, sizə Telegram-da bildiriş gəlir.
Bir dəfəlik ödəniş, ömürlük lisenziya. Quraşdırma və təlim daxildir.

Nə edir
Hər masanın öz linki
Hər stendin linki yalnız öz masasına bağlıdır. Başqa masanın linki ilə sifariş vermək mümkün deyil.
Sifariş kassaya düşür
Yeni sifariş kassa proqramında masa nömrəsi ilə görünür. Ofisiant masaya getmədən nəyin lazım olduğunu bilir.
Telegram bildirişi
Hər sifariş sizin Telegram-ınıza da gəlir. Kassanın yanında olmasanız belə nə baş verdiyini görürsünüz.
Menyunu özünüz dəyişirsiniz
Məhsul, qiymət və şəkilləri kassa proqramının içindən əlavə edib dəyişirsiniz. Dəyişiklik dərhal bütün masalarda görünür.
Gündəlik və aylıq hesabat
Nə satıldı, hansı masa nə qədər sifariş verdi, günün cəmi nə oldu: hamısı hesabatda.
Ayrıca monitor lazım deyil
Kassada olan Windows kompüter kifayətdir. Mətbəx üçün əlavə ekran almaq məcburi deyil.
Özünüz sınayın
Solda müştərinin telefonu, sağda kassa proqramı. Məhsul əlavə edin və sifarişi göndərin.
Kassa: sifarişlər NodMenu
- Hələ sifariş yoxdur.
Qiyməti hesablayın
Masa sayını seçin. Stendləri bizdən sifariş edəcəksinizsə, qutunu işarələyin.
- NodMenu, 16 masaya qədər
- Əlavə masalar
- Stendlər
Kimlər üçündür
NodMenu haqqında suallar
Müştəri proqram yükləməlidir?
Xeyr. Menyu telefonun brauzerində açılır, heç nə yükləmək lazım deyil.
Bütün telefonlar NFC-ni oxuyurmu?
Android telefonların çoxu və iPhone XS-dən yeni iPhone-lar stendə toxunanda menyunu özləri açır. Digər telefonlar üçün stendin üzərində QR kod var, kamera ilə oxunur.
Başqa masadan sifariş vermək olarmı?
Xeyr. Hər link öz masasına bağlıdır və sifariş həmin masanın nömrəsi ilə gəlir.
Masalarım 16-dan çoxdursa?
16 masaya qədər qiymət 600 ₼-dır, hər əlavə masa üçün 25 ₼ əlavə olunur. Aşağıdakı kalkulyatorla öz qiymətinizi hesablayın.
Stendlər qiymətə daxildirmi?
Xeyr, stendlər ayrıca satılır: hər biri 10 ₼, kafenizin loqosu ilə hazırlanır.
Ödəniş necə olur?
Hazır proqramların çoxu üçün bir dəfə ödəyirsiniz və proqram ömürlük sizindir. NodTimer üçün aylıq və illik plan da var, NedoVin isə aylıq abunə ilə işləyir.
Quraşdırma və təlim qiymətə daxildirmi?
Bəli. Proqramı biz quraşdırırıq, sizə və işçilərinizə necə işlədiyini göstəririk. Proqram 24 saat ərzində işə düşür.
Almadan əvvəl görmək olarmı?
Bəli. WhatsApp-a yazın, proqramı sizə canlı göstərək. Demo pulsuzdur.
Bunlara da baxın
Proqramı canlı görmək istəyirsiniz?
Yazın, biznesinizə hansı proqramın uyğun olduğunu deyək və pulsuz demo göstərək.
- Telefon+994 70 583 36 30
- WhatsApp+994 70 583 36 30
- E-poçt[email protected]
- Instagram@safarovtech
- ÜnvanBakı, Azərbaycan